Azərbaycan Qoşulmama Hərəkatına yeni bir nəfəs verdi- ÖZƏL
6 İyul 2023 11:50 Siyasət"Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu təşkilatın beynəlxalq səviyyədə daha nüfuzlu bir quruma çevrilməsi, onun yeni mərhələdə bir qədər də təşkilatlanması və şəbəkələşməsinə nail oldu, onun qlobal miqyasda imicini kifayət qədər artırdı. Bir növ təşkilata yeni bir nəfəs verdi. Bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlərin görüşünün keçirilməsi bunun əyani sübutudur". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi töhfələr onun üzvü ölan ölkələr tərəfindən də etiraf edilir, təqdir olunur:
"Bakıda keçirilən görüşə Hərəkata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin qatılması fonunda bunu aydın görürük".
Arzuman Muradlının sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin də Bakı görüşündə çıxışı zamanı qeyd etdiyi kimi beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu: