Belə yersiz ritorikaya son qoyulmalıdır

"Bu gü məhkəmə, istintaq və təhqiqat orqanları "ictimai nəzarət" adı altında ciddi təzyiq mühitində işləyir".

Olaylar xəbər verir ki, bunu​ Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

"Biz əgər ədalətli, obyektiv, hərtərəfli araşdırma arzu ediriksə, cinayət təqibini aparan orqan, ədalət mühakiməsini keçirən məhkəmə birmənalı şəkildə bütün qanunsuz təsirlərdən azad olmalıdır. Amma bu gün hüquq mühafizə orqanları prosesual qanunvericilik çərçivəsində bir addım atmamış artıq antimilli dairələrin muzdlu mediası və sosial media seqmenti öz ssenariləri ilə çıxış etməyə başlayır ki, filankəs hakimiyyətin göstərişi ilə tutuldu, filankəs siyasi məhbusdur, yaxud inanclı məhbusdur. Son qoyulmalıdır bu yersiz ritorikaya. Qərəzli medianın, ayrı-ayrı siyasi qrupların, siyasiləşmiş sosial media vəkillərin cinayət təqibi üzərində ictimai mühakimə qurması, cinayət təqibi orqanları üzərində linç kampaniyası yolverilməzidir", - deyə deputat vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31