Paşinyan tərəddüd edir - ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan əslində sülhün labüd olduğunu və bundan başqa yolunun olmadığını anlayır. Amma tərəddüdlüdür. 

"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Kənan Novruzov səsləndirib.

Onun sözlərinə görə, Paşinyan düşünür ki, vaxt uzatmaqla nəyəsə nail ola bilər:

"Bundan başqa, istisna deyil ki, Ermənistan baş naziri sülh müqaviləsini imzalayacağı təqdirdə hakimiyyətdən salınacağından qorxur". 

Ekspert deyir ki, ən mühüm məqam isə daxili və xarici təzyiqlərdir:

"Rusiya, Fransa, ABŞ, Avropa İttifaqı kimi beynəlxalq oyunçularla yanaşı, erməni diasporu, həmçinin Ermənistan daxilindəki müxalifət də Paşinyanın qərarlarına müdaxilə etməyə çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31