Fransanın müstəmləkəçilik siyasətinə son qoyulmalıdır - Yeni Kaledoniya Parlamanetinin sədri

2021-ci ildə Kaledoniyada keçirilən referendum zamanı yerli əhali onu təxirə salmaq istəsə də, Fransa bunun əksində israr edib.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna keçirilən tədbir zamanı Yeni Kaledoniya Parlamanetinin sədri Rok Vamitan deyib.

"Nəticədə əhalinin 57%-i bu referendumda iştirak etməyib. Fransa müstəmləkçilik siyasətini davam etdirir. Bugün Bakıda keçirlən tədbirdə iştirak edərək, bu qanlı müstəmləkə tarixinin bir daha təkrarlanmaması üçün çağırışlar edirik. Müstəmləkəçilik siyasətinə son qoyulmalıdır. Qoşulmama Hərəkatı üzvlərinin arzularımıza, azadlığımıza qovuşmağımız üçün bizə kömək edəcəyini düşünürük ",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna həsr olunmuş tədbir keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31