Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur - Səfir

Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev tviterdə bildirib.

"Haaqada Aİ-Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərinə dair konfransda iştirakımdan məmnun oldum. Erməni həmkarlarıma yeni regional reallığın əsas parametrlərini izah etməkdən şərəf duydum. Qarabağ ermənilərinin hüquqları digər Azərbaycan vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək", - deyə səfir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31