Prezident İlham Əliyevin liderliyi altında regionda sülh tezliklə bərqərar olacaq - TDT baş katibi

Prezident İlham Əliyevin liderliyi ilə regionda sülh tezliklə bərqərar olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev deyib.

O, qeyd edib ki, türk xalqları hər zaman Azərbaycanın yanında olub.

"Azərbaycan və Ermənistan arasında məsələdə Türk Dövlətləri Təşkilatı hər zaman Azərbaycanın yanında olub, dəstək verib və bu hər zaman belə davam edəcək. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülhü təmin etmək üçün çox işlər görüb. Biz inanırıq və bilirik ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi altında regionda sülh tezliklə bərqərar olacaq",- deyə K. Omuraliyev deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31