Vaşinqton görüşü ümidverici xarakter daşımaqdan başqa bir şey deyildir - ÖZƏL
5 İyul 2023 18:04 Siyasət"Vaşinqton görüşü digər görüşlər kimi ümidverici xarakter daşımaqdan başqa bir şey deyildir".
Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib.
Onun sözlərinə görə, tək o kifayət edir ki, verilən bəyanatda müzakirə olunan məsələlərdə irəliləyişin olduğu bildirilir:
"Tərəflər əsas məsələlər barədə müzakirəyə başlayacaqlar. Əsas məsələlər əgər sonda müzakirə olunacaqsa, onda hansı irəliləyişdən danışmaq olar, hansı ki bunlar prinsipial məsələlərdir".
Azər Qasımov qeyd edib ki, müxtəlif platformalarda sülh danışıqları adı altında görüşlərin keçirilməsi vaxt uzatmaq üçün əsas məqsəddir: "Bu görüşlərin heç bir əhəmiyyəti yoxdur, olmayacaq da".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31