Tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatını tezliklə aktivləşdirəcəyik - Abdullahiyan
5 İyul 2023 17:29 SiyasətBiz Azərbaycan Prezidenti İlham Əliyevlə bu razılığa gəldik ki, tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatını tezliklə aktivləşdirək.
Olaylar.az trend-ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə jurnalistlərə açıqlamasında deyib.
"Araz dəhlizinin aktivləşdirilməsi ilə bağlı İran Prezidentinin xüsusi göstərişi vardı. Bu kommunikasiya sahəsində İran-Azərbaycan münasibətlərinə təkan verəcək. Demək olar ki, bu dəhliz Azərbaycanı Naxçıvanla bağlamaqda çox mühim rol oynayacaq. Regionda kommunikasiyaların açılması ilə bağlı Prezident İlham Əliyevlə çox geniş müzakirələr apardıq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31