Regionda kommunikasiyaların açılması ilə bağlı Prezident İlham Əliyevlə müzakirə apardıq - İran XİN rəhbəri

Regionda kommunikasiyaların açılması ilə bağlı Prezident İlham Əliyevlə müzakirə apardıq.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə jurnalistlərə açıqlamasında deyib.

"İran və Azərbaycan xalqları regionda ən çox eyniliyə sahib xalqlardır. Biz inanırıq ki, xalqlar arasında yüksək səviyyəli əlaqələri yenidən cannlandıracayıq. Cənubi Qafqazda bütün problemlər sülh yolu ilə həllini tapa bilər",- deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31