Azərbaycan -Ermənistan münasibətləri həlledici dövrünü yaşayır - ÖZƏL
5 İyul 2023 15:14 Siyasət"Geosiyasi proseslərə regional səviyyədə təsir etmək gücünə malik Azərbaycan-Ermənistan münasibəti özünün həlledici dövrünü yaşayır". Bu fikirləri "OLAYLAR"-a səsləndirən politoloq Azər Qasımov deyib ki, beynəlxalq güclər bu prosesi öz nəzarətlərində saxlayırlar:
"Yeni dünya düzəni formalaşması prosesinin həlledici həlqəsi Cənubi Qafqaz regionu, daha dəqiqi Azərbaycan və Ermənistan ətrafında davam edən proseslərdir. Yeni dünya düzəni böyük ölçüdə bu prosesin nəticəsindən asılı olacaq. Region geoiqtisadi və geosiyasi proseslərin mərkəzlərindən biridir. Regionda marağı olan güclərin gələcəyə yönəlik planlarının reallaşması qarşıdurma mühiti yaradır. Bu regionda ictimai formasiyalar, quruluşlar qarşı-qarşıya gəlir". Politoloq bildirib ki, istər yaxın qonşumuz İran, Rusiya, istərsə də uzaq ABŞ, Çin, bunların hamısı ayrı-ayrılıqda bir formasiyanın, quruluşun təmsilçiləridir və ən əsası Azərbaycanla heç bir oxşarlıqları yoxdur".