“Əlaqələrin qurulmasında Heydər Əliyevin böyük rolu olub” - Hakan Fidan

"Azərbaycanın digər ölkələrlə beynəlxalq əlaqələrin qurulmasında ümumilli lider Heydər Əliyevin böyük rolu olub".

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq tədbirdə deyib.

H.Fidanın sözlərinə görə, Heydər Əliyevin qurduğu əlaqələr bu gün də özünü yüksək səviyyədə göstərir: "Eyni zamanda, o dövrdən başlanan Azərbaycan-Türkiyə əlaqələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə ən yüksək səviyyəyə qaldırılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31