Rusiya və Çin sıralarına yeni anti-Qərb dövlətini daxil ediblər- ÖZƏL

"Moskva və Pekin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə xüsusi əhəmiyyət verirlər".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Elxan Şahinoğlu deyib ki,  Rusiya və Çin sıralarına yeni anti-Qərb dövlətini daxil ediblər:
"Rusiya və Çin İranı həm də "Şimal-Cənub" nəqliyyat dəhlizinin vacib dövləti kimi qiymətləndirirlər. İranın Rusiya və Çinin siyasi və iqtisadi dəstəyinə ehtiyacı var. Bu dəstək olmadan İran Qərbin təzyiqləri qarşısında təkbaşına tab gətirə bilməz. Ona görə də Moskva və Pekin İrandakı rejimin ayaqda qalması üçün əllərindən gələni edəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31