Azərbaycan dünyanın üzləşdiyi çağırışların həllinə, müzakirəsinə töhfə verib - Quterreş

İqlim dəyişikliyi üzləşdiyimiz ən başlıca çağırışlardandır və bütün millətlərə təsir edir.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı BMT-nin Baş katibi Antonio Quterreşin təşkilata ünvanladığı məktubu oxuyarkən deyib.

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın üzləşdiyi çağırışların həllinə, müzakirəsinə töhfə verib",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.

Xatırladaq ki, Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31