Monteneqronun baş nazirindən ÇAĞIRIŞ
5 İyul 2023 11:09 Siyasət"Biz beynəlxalq universal dəyərlərə hörmət etməli və sülhə, təhlükəsizliyə töhfə verməliyik".
Bunu Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında Monteneqronun Baş naziri Dritan Abazoviç deyib.
O bildirib ki, aqressiya, zorakılıq qəbuledilməzdir.
"Bu gün qlobal məkanda güclü əməkdaşlığa ehtiyac var. Bizim Azərbaycanla yaxşı əlaqələrimiz var. Bizim ölkələr həmişə universal dəyərlərə hörmət edirlər", - deyə o əlavə edib.
Baş nazir bildirib ki, Qoşulmama Hərəkatı böhranların həll yolunun tapılması üçün müzakirələr platforması təklif edir.
O, Azərbaycanın Hərəkat çərçivəsindəki təşəbbüsləri dəstəklədiklərini də vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31