Şanlı ordumuzun uğurlu hərbi əməliyyatları dillərdə dastan oldu - Özəl
5 İyul 2023 09:23 Siyasət"Müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılan Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi, ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Olaylar xəbər verir ki, bunu deyən YAP İdarə Heyətinin üzvü Bayram Aslanovun sözlərinə görə, dövlətimizin başçısının müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin edib:
"Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Şanlı Ordumuzun dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyatı dillərə dastan oldu. 44 günlük İkinci Vətən müharibəsi döğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etdi, ölkə Prezidentimizin "Qarabağ Azərbaycandır, nida işarəsi" Soçi möhrününü birdəfəlik təsdiq etdi. Sentyabrın 27-də işğalçı Ermənistan hakimiyyətinin həyata keçirdiyi işğalçılıq planlarına Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatları sayəsində tarixi Zəfərimizlə son qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planları alt-üst oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi. Müzəffər Ali Baş Komandan Qarabağımıza qalib sərkərdə kimi qədəm qoydu".