Sahibkarlıq subyektlərində yoxlama zamanı götürülən nümunələrin dəyəri ödəniləcək

Milli Məclis sahibkarlıq sahəsində yoxlamalarla bağlı qanuna dəyişikliklər edib. Olaylar xəbər verir ki, bu məqsədlə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı risklərin idarə olunması sistemi formalaşdırılır, bu sahədə yoxlamaların vahid məlumat reyestrinin aparılması təkmilləşdirilir, şəffaflıq artırılır, sahibkarlıq subyektlərində yoxlama zamanı götürülən nümunələrin dəyərinin ödənilməsi nəzərdə tutulur.

Bundan başqa, dəyişikliklərdən sonra yoxlama zamanı sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq, eyni zamanda yoxlama zamanı sahibkarın hüquq və vəzifələri də müəyyənləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31