Dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur - ÖZƏL

"Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı, həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. İmzalanmış Şuşa Bəyannaməsi isə Ulu Öndərlərin - "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" söyləyən Mustafa Kamal Atatürkün, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" aforizminin müəllifi Heydər Əliyevin vəsiyyətlərinə sadiqlikdir". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əliabbas Salahzadənın sözlərinə görə, Şuşa Bəyannaməsi özündə arxada qalan dövrün reallıqları fonunda qarşıda dayanan hədəfləri ehtiva edir: "Bu sənəd ölkəmizin beynəlxalq nüfuzunu artırır. Belə ki, Bəyannamədə  nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin dünya birliyində yeri və roluna yeni əlavələr gətirəcək. Reallıq budur ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur.  Azərbaycan-Türkiyə dünyaya dostluq, qardaşlıq, müttəfiqlik nümunəsidir. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31