BTQ çərçivəsində tranzit gömrük prosedurları sadələşdirilir
9 İyun 2023 12:59 SiyasətParlament BTQ çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılmasına dair Sazişi təsdiqləyib. "Olaylar" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair" Sazişin təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanunun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31