“Azərbaycanda sonsuz ailələrin sayı artır” - Deputat

"Azərbaycanda sonsuz ailələrin sayı çoxalır. Bu məsələyə görə dağılan ailələrin də sayı artır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında millət vəkili, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. Bildirib ki, belə halların qarşısının alınması üçün "Reproduktiv sağlamlıq haqqında" qanunu qəbul etmək lazımdı: "Biz nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə ortaq razılığa gələ bilmirik. Qardaş Türkiyədə bununla bağlı qanun var. Belə ki, bu cür ailələr süni mayalandırma ilə bağlı əməliyyat zamanı iki dəfə dövlətdən dəstək ala bilir. Üçüncü əməliyyatın isə yarısı tibbi sığorta vasitəsilə olur, yarısını isə vətəndaş özü ödəyir. Bu əməliyyatlar həddindən artıq bahadır, hətta orta yaşayış səviyyəsinə malik insanlar üçün də bu, çox bahalı əməliyyatdır. Səhiyyə nazirimiz özü də bu məsələnin həllinin tapmasının vacibliyini vurğulayıb. İnanıram ki, yay ərzində bu qanun üzərində işlər gedəcək və mütləq payız sessiyasında bu qanun qəbul olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31