Ceyhun Bayramov Slovakiyaya səfəri çərçivəsində dəyirmi masada iştirak edir - FOTO
6 İyun 2023 23:34 SiyasətAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyunun 6-da Slovakiyaya səfəri çərçivəsində dəyirmi masada iştirak edir.
Olaylar.az xəbər evrir verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində məlumat yerləşdirilib.
"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində GLOBSEC (analitik mərkəz - red.) tərəfindən təşkil olunan dəyirmi masada iştirak edir.
Dəyirmi masada Azərbaycan və Slovakiya arasında ikitərəfli və çoxtərəfli münasibətlər, münaqişədən sonrakı vəziyyət gündəmdədir", - deyə paylaşımda bildirilir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31