Azərbaycan ilə İtaliyanın Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq müzakirə edilib
6 İyun 2023 20:05 Siyasətİtaliya Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov iyunun 6-da bu ölkənin Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.
Müdafiə Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, vitse-admiral S.Bəkirov italiyalı həmkarına Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb, 8-ci "Seafuture 2023" Beynəlxalq Dəniz Müdafiəsi sərgisinə dəvətə görə minnətdarlığını bildirib.
Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31