Prezident İlham Əliyev Nigeriyanın yeni dövlət başçısını təbrik edib
6 İyun 2023 19:45 SiyasətPrezident İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Asivaju Bola Ahmed Tinubuya məktub göndərib.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Nigeriya Federativ Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Nigeriya münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nigeriya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31