Luis Lakalye Pou Prezident İlham Əliyevi təbrik edib
6 İyun 2023 19:11 SiyasətUruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Uruqvay xalqı və hökuməti adından, şəxsən öz adımdan Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, həmçinin əziz xalqınıza sülh və firavanlıq arzularımı qəbul edin.
Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında çox gözəl ikitərəfli münasibətlər yaranıb. Bu münasibətlərin iqtisadi, siyasi, mədəni əməkdaşlıq zəminində daha da möhkəmlənəcəyinə tam əminəm.
Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə ən yüksək ehtiramımı bildirirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31