Deputatdan moped və skuterlərlə bağlı TƏKLİF
6 İyun 2023 15:20 Siyasət
Yol hərəkəti qaydalarının pozulmasına görə moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır. Olaylar xəbər verir ki,
bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib. "Bu gün mopedlərin yollarda təhlükəli hərəkəti digərlərinə də təsir edir. Buna nəzarət gücləndirilməlidir, hesab edirəm ki, bu məsələ qanunla tənzimlənməlidir. Bundan əlavə, skuterlərlə bağlı məsələ nizama salınmalıdır. Bu gün yollarda təhlükəsizlik təmin edilməlidir. Ölkədə elektrikli skuterlər və velosipedlər üçün ayrıca yol xəttinin salınması lazımdır. Bunun üçün çalışmalıyıq",- deyə deputat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31