Qarşıdakı mərhələdə 30 illik münaqişəyə son qoyacaq yekun sülh sazişi imzalanacaq - ÖZƏL
6 İyun 2023 14:41 Siyasət"Azərbaycan Respublikasının Prüzidenti Cənab İlham Əliyevin postmüharibə dövründəki Qarabağ siyasəti, beynəlxalq müstəvidə tutulan mövqe Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq dəstəklənir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Ramin Əhmədov deyib ki, Ermənistanla müqayisədə Azərbaycan cəmiyyətində iqtidarın diplomatiya meydanında apardığı Qarabağ savaşı ilə bağlı bir-biri ilə ziddiyət təşkil edən mövqelər müşahidə olunmur:
"Əlbəttə bu gün əldə olunan uğurlar, İlham Əliyevin hakimiyyətə gəldiyi ilk dövrlərdən reallaşdırdığı çoxşaxəli Qarabağ konsepsiyasının nəticələridir. Heyranedici dəqiqliklə hesablanmış bu konsepsiya hazırda yekun fazaya keçid alıb. Qarşıdakı mərhələdə Azərbaycanla Ermənistan arasında 30 illik münaqişəyə son qoyacaq yekun sülh sazişi imzalanacaq".