“Kimlərisə şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər” - Deputat

"Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə müraciətlər olur". Olaylar xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov növbədənkənar sessiyasının iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin saytlar vasitəsilə müxtəlif formada vədlər verilir: "Əməkhaqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır. Kimlərisə şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlərdə iştirak etdi. Odur ki, buna yol verməməliyik və bunu qanunla tənzimləməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31