“Bizim üçün dövlət borcunun çox olması qəbuledilməzdir” - Nazir
6 İyun 2023 13:38 Siyasət"Azərbaycan üçün dövlət borcunun çox olması nəinki iqtisadi, hətta siyasi müstəqilliyimizi də sual altına qoya bilər. Prezident tərəfindən təsdiqlənən borc strategiyamız var. Bizim üçün dövlət borcunun çox olması qəbuledilməzdir". Olaylar xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib: "Biz xarici borclanmaları da həyata keçiririk. Bu borclanmaları götürərkən bizim konkret hədəflərimiz və strategiyamız var. Bu gün də biz bu strategiyaya uyğun tədbirlərimizi həyata keçiririk. Əksər kredit reytinq agentlikləri Azərbaycana kredit verərkən ilk olaraq bizim borc vəziyyətimizi təhlil edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31