Absurd tələblər qanunvericilikdə hələ də qalmaqdadır - ÖZƏL
6 İyun 2023 13:21 SiyasətAzərbaycanda hərbi sahəyə dövlət qayğısı istənilən səviyyədədir. Ali Baş Komandanın müntəzəm olaraq atdığı addımlar, imzaladığı fərman və sərəncamlar Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti tərəfindən də yüksək qiymətləndirilir. Ancaq təəssüflər olsun ki, eyni tendensiyanı yerli icra hakimiyyətlərində müşahidə etmək olmur. Elə hərbi ekspert Ədalət Verdiyev də belə düşünür. "OLAYLAR"-ın xəbərinə görə, ekspert bildirib ki, 20 ilini orduya həsr edərək ehtiyata buraxılan hərbçilərin icra hakimiyyətlərində ev növbəsində dayanması üçün müvafiq qanun hərbçinin bu rayonda 5 il qeydiyyatda olmasını tələb edir:
"Ancaq hərbçi xidmət etdiyi hərbi hissədə eytiyyatda olur, onun xidmət dövründə öz rayonunda qeydiyyatda olması mümkünsüzdür. Belə absurd tələblər qanunvericilikdə hələ də qalmaqdadır".
Ədalət Verdiyev deyib ki, nəticədə hər bir ehtiyata buraxılan hərbçi ev nöbəsi üçün əvvəlcə icra hakimiyyətindən imtina cavabı alır, sonra vəkil tapır və aylarla məhkəmələrdə sürünür: "Müsbət qərar alandan sonra növbəyə dayanmaq hüququnu əldə edir".