“Tez-tez o vaxtlar yadıma düşür, ağlım orda qalıb” - Tahir Kərimli
6 İyun 2023 13:04 Siyasət"Əvvəllər seçicilər deyirdilıər ki, filan məsələni parlamentdə qaldırın. İndi irad tuturlar ki, hansı məsələnin qaldırılmasının nə xeyri var, onsuz da həllini tapmır. Belə məlum olur ki, özümüz deyirik, özümüz eşidirik. Ağsu dolayları haqqında deməkdən artıq yorulmuşam". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bugünki növbədənkənar iclasında deyib.
Deputat qeyd edib ki, axı bizim seçicilərimiz bizə irad tutur: "Seçicilərimiz deyir sən Milli Məclisdə məsələni qaldırırsan amma ortada heç bir iş yoxdur. Çox xaiş edirəm hökumət bu məsələləri nəzərə alsın. 1992-ci ildən demək olar ki, bütün sahələr üzrə məsələ qaldırmışam". Deputat həmkarları ona xatırlatdılar ki, 2022-ci ilin dövlət büdcəsi müzakirə olunur. Tahir Kərimli gülərək deyib: "Dövlət büdcəsi haqqında danışanda tez-tez o vaxtlar yadıma yadıma düşür. Ağlım orda qalıb". Deputatın bu cavabı həmkarlarının gülüşünə səbəb olub.