“Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir” - Spiker
6 İyun 2023 11:32 Siyasət"Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının iclasında çıxışı zamanı deyib. Bildirib ki, iqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərin əldə edilməsi, o cümlədən işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdfaiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədilə bu ilin dövlət büdcəsi haqqında və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsinə imkan yaradıb: "Bununla da Prezident İlham Əliyev müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31