Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilir. "Olaylar" xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxildir. İclası MM sədri Sahibə Qafarova açıq elan edib. Dövlət himninin səsləndirilməsilə başlanan iclasda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər hökumət üzvləri iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31