Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
6 İyun 2023 11:13 SiyasətPrezident İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu göndərib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31