ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur - Dövlət Departamenti

Bu ay Vaşinqtonda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyi səbirsizliklə gözləyirik.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel brifinqdə deyib.

"Əvvəllər də qeyd etdiyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ liderlərin son görüşü də daxil olmaqla Azərbaycanla Ermənistan arasında danışıqların müxtəlif platformalarda getməsindən məmnundur", - ABŞ Dövlət Departamentinin rəsmisi deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31