Paşinyanla Makron nala-mıxa vurmaqları ilə bir-birlərini təkrarlayırlar- ÖZƏL

"Fransa Prezidenti ilə Ermənistan baş nazirinin bənzərlikləri çoxdur. Ölkələrinin potensialına uyğun gəlməyən, reallığı özündə əks etdirməyən, ciddilik və məsuliyyət baxımından tutduqları postla heç uyğunlaşmayan  açıqlamaları və nala-mıxa vurmalarıyla bir-birini təkrarlayırlar". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,   son zamanlar Paşiynan sanki  bir az düzəlib: "Qarabağ Ermənistandır və nöqtə",- hayqıran  bu adam Kişineudan  dönəndən sonra böyük sevinc hissi ilə bildirir ki, Azərbaycan onun ölkəsinin torpaq bütünlüyünü  deyəsən tanıyacaq. Türklər demişkən, "nereden nereye".
Makron isə yenə öz ampluasındadır. Kişineu görüşü öncəsi burada necə yazmışdımsa, elə də davrandı. Yelisey sarayı bildirir ki, Moldova paytaxtında gedən danışıqlarda "Tərəflər Dağlıq Qarabağ haylarının hüqüq və təhlükəsizliklərinin təmininin vacibliyini vurğulayıblar". 
Birincisi, maraqlıdır, tərəflər deyəndə kimlər nəzərdə tutulur? İkincisi, mən bilən orada Ermənistanın Fransadakı anlklavlarında məsələn,  Marseldə yaşayanların da hüquq və təhlükəsizliklərin təmini məsələsi qaldırılıb, bəs Yelisey sarayının açıqlamasında bu niyə öz əksini tapmayıb?
Marselin Ermənistanın  anklavı kimi təqdim edilməsinə təəccüblənməyin, Fransanın xarici işlər naziri Qarabağı belə adlandırırsa, məncə, biz də onun ölkəsində hayların cormalaşdıqları yerləri o cür adlandırmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31