Maki Sall Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Seneqal Respublikasının Prezidenti Maki Sall Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyə hazır olduğumu bir daha bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31