Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramı Assambleyasının İkinci sessiyasında iştirak edib - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən İkinci sessiyasında iştirak edir.

İyunun 5-dən 9-dək keçiriləcək Sessiyanın əsas mövzusu "İnklüziv və effektiv çoxtərəfli yanaşma vasitəsilə davamlı şəhər gələcəyi: qlobal böhranlar şəraitində davamlı inkişaf məqsədlərinə nail olmaq"dır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31