Deputat: “Ermənistanın iki yolu var;- ya sülhü seçib var olmaq, ya da...”

"Son bir neçə ayda Ermənistanla-Azərbaycan arasında sülh danışıqlarının aktivləşməsi  yaxın gələcəkdə  yekun sülh müqaviləsinin imzalanmasına  müəyyən ümidlər yaradır.  Lakin yekun sülh müqaviləsinin imzalnaması  Ermənistanın  danışıqlar prosesində sərgilədiyi  mövqedən asılıdır. Əgər İrəvan sözdə bəyan etdiyi kimi,  danışıqlar masasında da  bu səmimliyini sərgiləyərsə, təbii ki, o zaman  yaxın gələcəkdə Cənubi Qafqazda  dayanıqlı sülh təmin olunmasının şahidi ola bilərik".

Bunu "Olaylar"a açıqlamasında deputat İltizam Yusifov deyib.

Deputat qeyd edib ki, əgər İrəvan bölgədə Ermənistan dövlətçiliyinin varlığını sürdürmək istəyirsə, o zaman  Bakının təklif etdiyi  şərtlər daxilində sülh sazişi imazalamaqdan başqa çarəsi yoxdur: "İrəvan yenə də destruktiv mövqe  sərgiləyib,  Cənubi Qafqazda gərginliyin davam etməsində maraqlı olan   güclərin əlində alət olmaqda davam edəcəksə, o zaman bu nəinki Ermənistan dövlətçiliyinin gələcək inkişaf perspektivini, ümumiyyətlə varlığını sual altında qoyacaq. Ona görə də İrəvan bölgəni  fərqli güclərin toqquşma meydanına çevirib, öz varlığını təhlükə altına atmaqdansa, siyasi iradə ortaya qoyub sülh istiqamətində ciddi konkret addımlar atmalıdır.

Ermənistan yerləşdiyi coğrafiyaya da diqqət yetirməlidir. Şərqində Azərbaycan, Qərbində Türkiyə. Ən böyük quru sərhədlərinə də məhz bu iki ölkə ilədir. Belə bir deyim var: "coğrafiya bir qədərdir və o qədərə uyğun hərəkət etməlisən". Ermənistan da bu gün bu deyimə uyğun hərəkət edib öz gələcək inkişaf strategiyasını müəyyənləşdirməlidir. Çünki bu gün Ermənistanda gələcək sülhlə bağlı daha çox səslənən fikirlərdən də biri də təhlükəsizlik məsələləridir.  Ermənistan qonşularına qarşı əsassız ərazi və "soyqırım" iddialarından əl çəkib normal qonşuluq münasibətləri quracaqsa, oz zaman buna ehtiyac qalmayacaq. Ermənistan da  Gürcüstan kimi Azərbaycan və Türkiyə ilə sıx inteqrasiya olunmuş şəkildə əməkdaşlıq edib,  beynəlxalq hüquqa əsaslanaraq   öz dövlətçiliyini  inkişaf etdirəcək. O baxımdan da ermənilər  bu "erməni xəstəliyi"ndən əl çəkməlidirlər. Bu "erməni xəstəliyi"  tarix boyu onlara  faciələrdən başqa heç nə verməyib. 

Ermənilər onu da anlamalıdırlar ki, onların gələcək inkişafı və varlığı Azərbaycan və Türkiyə ilə münasibətdən asılıdır. Bu amilləri nəzərə alıb, tez bir zamanda Bakının şərtləri daxilində sülhə razılıq verməlidirlər. Beynəlxalq aləmdə gedən geosiyasi oyunlar və dünyanın yenidən dizayn edilməsi onu göstərir ki, İrəvan zamanı düzgün dəyərləndirib, bundan faydalanmalıdır. Proseslər elə sürətlə və dinamik inkişaf edir ki, Ermənistan gecikərsə, imzalaycağı sülhün də ona heç bir faydası olmayacaq və heç kimə gərəksiz ölkə olaraq proseslərdən kənarda qalacaq. Odur ki,  Ermənistanın iki yolu var;- ya sülhü seçib var olub inkişaf etmək, ya da yox olmaq... Vaxtsa daralır və bu vaxt darlığı İrəvanın manevr imkanlarını da məhdudlaşdırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31