İran azərbaycanlı gənci dərhal azad etməlidir - ÖZƏL

Azərbaycan da daxil olmaqla demək olar ki, dünyanın əksər ölkələrində özünün casus şəbəkəsini quran, bu şəbəkə vasitəsilə ayrı-ayrı ölkələrə qarşı təxribat həyata keçirən İranın azərbaycanlı gənci casus deyə həbsə atması Tehranın Bakıya qarşı olan məkirli və düşmən münasibətinin məntiqi davamıdır". Bu fikirləri OLAYLAR-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, azərbaycanlı gənc Fərid Səfərlini casus adı ilə həbs edən molla rejimi bir növ bununla Azərbaycana qarşı cavab addımı atdığını düşünür:

"Məlum olduğu kimi bir müddət əvvəl Azərbaycanın hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində İranın Azərbaycandakı casus şəbəkəsi zərərsizləşdirildi. İndi də molla rejimi azərbaycanlı gənci casus adı ilə həbs etməklə guya Azərbaycana cavab vermiş oldu. Olduqca cılız və məkirli bir addımdır. Eyni zamanda bu bir daha İranın beynəlxalq hüquq və prinsipləri ayaqlar altına atdığının sübutudur".

Arzuman Muradlının sözlərinə görə, Fərid Səfərli doğurdan da agent olsaydı, birbaşa Azərbaycandan İrana keçərdi:

"Daha Almaniyaya gedib oradan gəlməyə nə ehtiyac vardı. Digər tərəfdən Almaniyada ali təhsil alan bir şəxs necə ola bilər ki, İranda Azərbaycana casusluq etsin. Bir sözlə çox gülünc və absurd ittihamdır".

İctimai Birlik sədri qeyd edib ki. İran tezliklə azərbaycanlı gənci azad etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31