Azərbaycan kibertəhlükəsizlik təhdidləri sahəsində İsraillə yaxından əməkdaşlıq edir - ÖZƏL

"Siyasi münasibətlərdə olduğu kimi, Azərbaycan- İsrail iqtisadi əməkdaşlığı da yüksək səviyyədədir. Belə ki, iqtisadi münasibətlər çərçivəsində kənd təsərrüfatı və digər mühum sahələrlə yanaşı, Azərbaycan İsraillə xam neftin etibarlı təchizatçısı kimi enerji sahəsində də sıx əməkdaşlığı davam etdirir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Akşin Əliyev səsləndirib. O bildirib ki,  bundan əlavə, Azərbaycan kibertəhlükəsizlik təhdidlərini, o cümlədən oxşar tendensiyaları aradan qaldırmaq məqsədi ilə son zamanlar  İsraillə bu sahə üzrə də yaxından əməkdaşlıq edir:

"Xüsusilə qeyd etmək lazımdır ki, müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində də Azərbaycanın uzun illərdir dost İsrail Dövləti  ilə yüksək əlaqələri mövcuddur. Bu da təhlükəsizliyimizin təmin olunmasında əsas şərtlərdən biri sayılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31