Ermənistanın yeni müharibə iddialarına qapılması, onlar üçün ağır nəticələrə gətirib çıxaracaq - ÖZƏL

"Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edərkən biz hər zaman bu nüansı xüsusi olaraq qeyd etmişik ki, İrəvan rəhbərliyinin sülh prosesini ləngitməsi vaxt qazanmağa hesablanmış addımlardır"

Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, müharibə nəticəsində Ermənistan iqtisadiyyatı ağır zərbə alıb, investisiya cəlbi tamamilə minumuma enib və orduda hərc-mərclik hökm sürür: "Lakin buna baxmayaraq ölkədə revanşist meylləri artan templə inkişaf edir və görünən odur ki, Ermənistan cəmiyyəti 44 günlük müharibədə üzləşdiyi əzici məğlubiyyətdən nəticə çıxartmayıb. Ard-arda baş tutan görüşlər fonunda Ermənistan ordusunun ölkəmizlə şərti sərhədə ağır texnika cəmləməsi, hərbi aktivliyi artırması İrəvan rəhbərliyin destruktiv mövqe sərgiləməsinin göstəricisidir və dediklərimizin təsdiqidir".

AVP rəsmisi deyib ki, Paşinyan hakimiyyəti ordunu modernizasiya etmək və silah invertarını yeniləmək üçün Hindistan və İran kimi aşağı keyfiyyət və seqmentdə silah istehsal edən ölkələrlə hərbi əməkdaşlıq edir, alqı-satqı müqavilələri imzalayır: "Təbii ki Ermənistan rəhbərliyi bu addımları atarkən ilk öncə diaspora və xarici ianələrə arxalanaraq hərəkət edir. Çünki ölkə iqtisadiyyatının real mənzərəsi göz önündədir və  onilliklərlə apardıqları mənasız işğal siyasəti Ermənistanı bütün regional layihələrdən kənarda saxlayıb. Regionda yaranan yeni geosiyasi reallıqları göz önünə gətirdikdə Paşinyan hakimiyyətinin bir sıra qüvvələrin təhriki ilə yeni müharibə iddialarına qapılması, onlar üçün ağır nəticələrə gətirib çıxaracaq. Ermənistan tərəfi artıq bir dəfə keyfiyyətsiz və müasirlikdən uzaq texnikalarla müharibə etməyin acı reallıqlarını yaşayıb və indi ki, məqamda Hindistan və İran kimi rəqabət qabiliyyəti aşağı olan dövlətlərdən silah alımları nəticəni dəyişdirməz. Sirr deyil ki dünya silah bazarında ciddi rəqabət hökm sürür və burda liderlərin şəxsi nufuzu, diplomatik ələqələr həll edici rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev şəxsi nüfuzu və siyasi bacarıqı hesabına ölkəmiz dünya silah bazarında aktiv iştirak edir və 5-ci nəsl müharibələr aparacaq müasir silahlar ölkəmizə gətirilir. Ancaq beynəlxalq arenada Ermənistana münasibətdə reallıqların tamamilə fərqli olması ordudan da yan keçmir. Haykakan Banak lazımı avadanlıqları əldə edə bilmir, İran və Hindistanın aşağı səviyyədə texnologiyalarına möhtac olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31