İrəvan metrosundakı qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırıldı
2 İyun 2023 13:02 Siyasətİrəvan metrosunun "Respublika Meydanı" stansiyasında yerləşdirilmiş qondarma "Böyük Ermənistan" xəritəsinin yığışdırıldığı görüntüləri yayılıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
Belə ki, xəritənin yerləşdiyi yerdə böyük ölçülü ekran qoyulub.
Qeyd edək ki, bundan öncə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan, İran, Türkiyə və Gürcüstana ərazi iddialarını özündə ehtiva edən qondarma "Böyük Ermənistan" xəritəsinin İrəvan metropolitenində yerləşdirilməsinə diqqəti yönəltmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31