Azərbaycan dünyanın diqqətində olan ölkədir - ÖZƏL

"Azərbaycan daim malik olduğu təbii resurslara, eyni zamanda, yerləşdiyi coğrafi məkana görə dünyanın diqqətində olan ölkədir. Bu diqqət ayrı-ayrı dövrlərdə tamamilə fərqli olub. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələr qurmaq istəyən dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Tural Məmmədov səsləndirib. O bildirib ki,  onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər: "1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra vəziyyət tamamilə dəyişdi. Azərbaycanın qısa müddətdə ölkə daxilində sabitliyi və normal biznes mühitini təmin etməsi respublikamızla iqtisadi əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olan dövlətlərin sayının artmasına şərait yaratdı. Nəticədə Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31