Ayxan Hacızadə Kişinyov görüşünün nəticələrinə dair mətbuatın suallarını cavablandırıb

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişinyov görüşünün nəticələrinə dair yayılmış bəyanat barədə yerli mətbuatın sualına cavab verib.

Sual: 1 iyun tarixində Kişinyov şəhərində Azərbaycan və Ermənistan liderləri arasında Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə keçirilmiş görüş nəticəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlama edib. Şarl Mişel ilə yanaşı Fransa Prezidenti də görüşün nəticələri barədə mətbuata bəyanat yayıb. Fransa Prezidenti tərəfindən verilmiş bu bəyanata münasibətinizi öyrənmək istərdik.

Cavab: Məlum olduğu kimi, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib.

Daha sonra, Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir.

Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31