İrana üç ay öncə ünvanlanan müraciətə niyə indi cavab verilir? - ÖZƏL

"Tehran üç ay öncə İranda yoxa çıxan Fərid Səfərlinin casusluq ittihamı ilə həbs olunduğunu rəsmi şəkildə bildirib. Belə olduğu gözlənilən idi, lakin vətəndaşımızın itkin düşməsi ilə bağlı Azərbaycan XİN-in üç ay öncə ünvanladığı müraciətə İranın niyə indi - İsrail prezidentinin Bakı səfərindən sonra cavab verməsi və "casusluq" ittihamını elan etməsi təsadüfi deyil". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, iki gün öncə Qərbi Azərbaycan vilayətində "sionist qruplaşma" saxladılar, bu gün də F.Səfərliyə qarşı ittihamları bəlli olub: "İsrail İrana qarşı hücumları Azərbaycandan həyata keçirir" iddialarını yenidən tirajlamaq üçün "əsaslar" formalaşdırdıqları istisna deyil. Fırid Səfərlidən də bu prosesdə "sübut kimi" istifadə edə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31