Bu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək
2 İyun 2023 10:20 SiyasətBu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə üçtərəfli işçi qrupunun görüşünün keçirilməsi planlaşdırılır.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, görüşdə Azərbaycanla Ermənistan arasında sərhəd və gömrük proseduru müzakirə olunacaq.
Qeyd edək ki, Nikol Paşinyan İrəvanla Bakı arasında 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya ilə bağlı ilkin razılıq əldə edildiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31