Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına rifah və tərəqqi arzulayır, ölkələrimiz arasında mövcud səmimi münasibətlərin gələcək illərdə daha da möhkəmlənməsini diləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31