Bu təxribat Paşinyanın iradəsindən kənar baş verə bilər - ÖZƏL

"Bu ümumiyyətlə ermənilərin xarakterik xüsusiyyətdir. Nə siyasətləri, nə də fəaliyyətləri bir xətli, yəni dəqiq deyil".
Bunu Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Bunlar hər dəfə bir namərd, qəbuledilməz, gözlənilməz, alçaqcasına hərəkət edə bilərlər. Bu mənada onların bizim istər bayrağımızın yandırılmasını, istər əsir götürülmüş hərbçilərimizlə bağlı insanlığa zidd davranışlarını bununla əlaqələndirirəm. Ermənilər qarşı tərəfi özündən güclü görəndə orda tam fərqli bir davranış göstərirlər. Belə ki, əllərinə fürsət düşür, onların iç üzü onda açılır. Bu onların millət olaraq xarakterik bir xüsusiyyətidir. Amma ümumən götürəndə, bu danışıqlarda bundan sonra biz Paşinyanın bəyanatları ilə rastlaşdıq ki, Azərbaycan ilə bağlı sülh sazişini imzalamağa hazırıq, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar və əgər Paşinyan dediklərini edərsə, normal vəziyyət yaranar. Bu hadisələrdən, təxribatlardan sonra Paşinyanın dərhal belə bir çıxış etməsi məndə belə bir təəssürat yaratdı ki, bu təxribat Paşinyanın iradəsindən kənar baş verib. Yəni, hansısa kənar qüvvələr, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin qaydaya düşməsini istəməyən qurumlar belə təxribatlar törədirlər ki, vəziyyət gərginləşsin. Lakin Paşinyan da cəmiyyətdə dövlətə nəzarət imkanlarını genişləndirməlidir. Yəni əgər nəzarət edə bilmirsə, o zaman onun hakimiyyətdə qalmasının mənası yoxdur. Əgər Paşinyan bu işləri təşkil edirsə, soradan da belə bir bəyanat verirsə, bu onların çox xain bir siyasət yürütməyinin göstəricisi sayıla bilər. Bu anlamda mən bu məsələləri bu şəkildə şərh edirəm ki, birincisi, bu Paşinyanın iradəsindən kənar baş verir ki, bu zaman üçüncü qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəmir. İkincisi, bu Paşinyanın öz hiyləsi, siyasətidir. Bu zaman Paşinyan özü münasibətlərin normallaşmasını, sülh müqaviləsinin imzalanması istəmir. Yəni iki variant ola bilər. Bunlardan hansının olduğunu biz gedişatda Paşinyanın, Ermənistan hakimiyyətinin davranışlarında daha dəqiq müəyyən edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31