Biz düşmənlə düşmənliyi belə kişi kimi aparmağı bacarırıq - ÖZƏL

"Ermənilərin davranışları bir daha göstərir ki, onlar cılız, xırda millət olduqlarını etiraf edirlər, törətdikləri hadisələr bunu deməyə əsas verir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Əlbəttə, biz başqa millətlərə, o cümlədən də, ermənilərə hörmətlə yanaşmağın tərəfdarıyıq. Onların bayrağına heç vaxt sayğısızlıq etməyin tərəfdarı olmamışıq. Ona görə ki, Azərbaycan və bütövlükdə türk milləti olaraq belə xırda, cılız hisslərlə yaşamırıq. Biz düşmənlə düşmənliyi belə kişi kimi aparmağı bacarırıq. Onlarla hər hansı bir düşmən münasibətləri ayırd etmək lazımdırsa, bunu döyüş meydanında edirik. Necə ki, 44 günlük Qarabağ savaşımızda etdik, ermənilərə yerini, öz gücümüzü göstərdik və onlar da əslinə qalanda bundan öz cavablarını götürməli idilər. Amma təəssüflər olsun ki, götürmədilər, tam olaraq anlamadılar və indi də durub İrəvanın ortasında Azərbaycan bayrağını yandırırlar. Əlbəttə ki, orada istədikləri gün, istədikləri qədər bayraq yandıra bilərlər. Çünki qarşılarında "dəmir yumruq" yoxdur. Amma həqiqətən də özlərinə güvənirlərsə, o qədər güclüdürlərsə, bir cəhd edib gəlsinlər, o bayrağı döyüş meydanında bizimlə, əsgərimizlə qarşı-qarşıya durarkən yandırsınlar. Bacararlarmı? Bacarmazlar. Bacarsaydılar, 44 günlük savaş günlərində 11 mindən çox erməni fərarilik  etməzdi. Onlar fərarilik etdilər, döyüşdən qaçdılar, qorxaq olduqlarını boyunlarına aldılar. İndi bu qorxaqlar durub İrəvanda Azərbaycan bayrağına hörmətsizlik edirlər. Bayrağa hörmətsizlik etməyə nə var ki? Mən də bu saat çıxıb Bakının ortasında bir erməni bayrağı yandıraram. Amma bununla daha güclü olduğumu sübut etmiş olarammı? Təbii ki, yox. Dediyim kimi, kimin daha güclü olduğunu savaş meydanı artıq sübut edib. Ona görə də, ermənilər ağıllarını başlarına toplasınlar, belə cılız hərəkətlərlə dünyanı məşğul etməsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31