Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması taleyüklü məsələlərdən biridir - ÖZƏL
20 Aprel 2023 11:29 Siyasət"Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması taleyüklü və mühüm məsələrdən biridir". Bu fikirləri "OLAYLAR"-a səsləndirən ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, bu birbaşa diaspor təşkilatlarının üzərinə düşən məsuliyyətdir:
"Ancaq bu fəaliyyət tədricən lobbiçilik müstəvisinə keçməlidir. Çünki, bizim üçün ayrı-ayrı ölkələrin, beynəlxalq təşkilatların qərarlarına təsir imkanlarımızın artırılması milli maraqların qorunması və diqtə edilməsi qədər vacib məsələdir. Bu zaman Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və qəbul etdirilməsi istiqamətində daha məhsuldar işlər görə, məqbul nəticələr əldə edə bilərik". Anar Salehoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı da tarixi əhəmiyyət daşıyır və diaspor təşkilatlarına öz profillərinə uyğun istiqamətdə fəaliyyət göstərməyə böyük dəstəkdir:
"Bu kampaniya çərçivəsində əldə olunmuş nəticələr göstərdi ki, Azərbaycan diasporasının dəstəyilə beynəlxalq miqyasda lobbiçilik daha effektivdir".