Heydər Əliyev respublika iqtisadiyyatında inqilabi dəyişikliklərə nail olub - ÖZƏL

"Azərbaycana rəhbərliyinin ilk onilliyində Heydər Əliyev respublika iqtisadiyyatında, sözün əsl mənasında, inqilabi dəyişikliklərə nail olmuş, yüzlərlə yeni müəssisə tikilmiş, neft-maşınqayırma sənayesinin yeni sahələri yaradılmış, yol təsərrüfatı yenidən qurulmuş, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə başlamışdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Anar Məmmədovun sözlərinə görə, həmin illərdə Azərbaycanın şəhər və qəsəbələrinin, kəndlərinin siması nəzərəçarpacaq dərəcədə dəyişmiş, insanların rifah halı xeyli yaxşılaşmışdır: "Azərbaycanın qısa bir müddətdə SSRİ-də qabaqcıllar sırasına çıxması Heydər Əliyevin respublikamızın gələcəyinə ünvanlanan strateji planlarının həyata keçirilməsinə şərait yaradırdı. Ümummilli lider müstəqillik illərində həmin dövrü xatırlayarkən demişdir: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31